Yuxarı

​Müsəlmanları nasistlərlə müqayisə edən Marin Le Pen oktyabrda mühakimə olunacaq

Fransalı siyasətçi irqi ədavətin qızışdırılmasında ittiham olunur

Bakı. 22 sentyabr. REPORT.AZ/ Fransanın sağçı "Milli cəbhə" partiyasının lideri Marin Le Pen irqi ədavətin qızışdırılması ittihamı üzrə oktyabrda məhkəmə qarşısına çıxacaq.

"Report" xəbər verir ki, bu, onun Fransa şəhərlərinin küçələrində namaz qılan müsəlmanları nasist işğalı ilə müqayisə etməsindən sonra baş verib.

"Mən üzr istəyirəm, lakin II Dünya müharibəsi ilə müqayisə etsək, o zaman biz indi də işğaldan danışa bilərik. Küçədə namaz qılan müsəlmanlar - bu da özlüyündə işğaldır", - deyə o bir neçə il bundan əvvəl Lion şəhərində keçirilən mitinq zamanı bildirib.

2012-ci ildə bununla bağlı məhkəmə istintaqı başlayıb və bu, 2014-cü ilin ortalarında irqçilik ittihamı ilə başa çatıb. Siyasətçi məhkəməyə mütləq gələcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi