Müsəlman gənc ABŞ hökümətindən 15 milyon dollar kompensasiya tələb edir

Müsəlman gənc ABŞ hökümətindən 15 milyon dollar kompensasiya tələb edir Sentyabrın 14-də baş verən hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olmuşdu
Digər ölkələr
24 Noyabr , 2015 07:22
Müsəlman gənc ABŞ hökümətindən 15 milyon dollar kompensasiya tələb edir

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatında evdə bir müddət əvvəl hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmməd bomba gəzdirdiyi şübhəsi ilə saxlanılmasına cavab olaraq 15 milyon dollar məbləğində kompensasiya tələb edir.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, Ə.Məhəmmədin ailə üzvləri və vəkilləri artıq İrvinq şəhərinin meriyasına qarşı məhkəmə iddiası qaldırıblar.

Sentyabrın 14-də baş verən hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olmuşdu.

Hərtta prezident Barak Obama da öz twitter hesabından "Qəşəng saatdır. Onu Ağ Evə gətirmək istəyərsən? Biz sənin kimi bir çox uşağı elmə həvəsləndirməliyik. ABŞ-ı qüdrətli edən budur” sözlərini yazaraq uşağı Ağ Evə dəvət etmişdi.

Son xəbərlər

Orphus sistemi