Müşavir: "Emmanuel Makron "Brexit" üzrə sərt mövqe tutacaq"

Müşavir: "Emmanuel Makron "Brexit" üzrə sərt mövqe tutacaq" Jan Pizani-Ferri: "Bu, sərt danışıqlar olacaq"
Digər ölkələr
8 May , 2017 14:15
Müşavir: Emmanuel Makron Brexit üzrə sərt mövqe tutacaq

Bakı. 8 may. REPORT.AZ/ Fransada prezident seçkilərində qalib gələn "İrəli" hərəkatının lideri Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqından çıxışı üzrə danışıqlarda sərt mövqe tutacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun iqtisadi məsələlər üzrə müşaviri Jan Pizani-Ferri məlumat verib.

"Kiminsə "sərt" "Brexit"də maraqlı olduğunu düşünmürəm. Məncə, yeni münasibətlər qurmalıyıq" - J.Pizani-Ferri bildirib. Onun sözlərinə görə, Böyük Britaniya və Avropa İttifaqının iqtisadiyyat və təhlükəsizliyin təmin edilməsi sahəsində münasibətləri dəstəkləməsinə dair qarşılıqlı maraq mövcuddur.

"Eyni zamanda, danışıqların müəyyən aspektləri üzrə ziddiyyətli maraqlarımız var. Buna görə sərt danışıqlar olacaq və Makron da sərt mövqe nümayiş etdirəcək", - yeni seçilmiş prezidentin məsləhətçisi vurğulayıb.

Qeyd edək ki, mayın 7-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. E.Makron bülletenlərin 99,99% hesablanmasından sonra 66,06% nəticə ilə prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Son xəbərlər

Orphus sistemi