Yuxarı
    Bağlamaq

    ​Mursinin tərəfdarları barədə çıxarılan ölüm hökmü ləğv edilib

    Onlarla bağlı təkrar məhkəmə prosesi keçiriləcək

    Bakı. 3 fevral. REPORT.AZ/ Misirin Apellyasiya Məhkəməsi devrilmiş prezident Məhəmməd Mursinin 149 tərəfdarı barədə çıxarılan ölüm hökmünü ləğv edib.

    "Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

    Məlumata görə, həmin 149 nəfərlə bağlı təkrar məhkəmə prosesi yaxın günlərdə keçiriləcək.

    Qeyd edək ki, onlar 2013-cü ilin yayında Misirdə iğtişaş yaratmaqda ittiham edilirdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi