​Münhendə İranın nüvə proqramı müzakirə olunub

​Münhendə İranın nüvə proqramı müzakirə olunub ABŞ-ın dövlət katibi və İranın XİN rəhbəri Almaniyada bir araya gəlib
Digər ölkələr
8 Fevral , 2015 11:18
​Münhendə İranın nüvə proqramı müzakirə olunub

Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhen təhlükəsizlik konfransı zamanı danışıqlar aparıb.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, Kerri və Zərif yenidən İranın nüvə proqramı problemini müzakirə ediblər.

Qeyd olunur ki, bu, iki siyasətçi arasından artıq ikinci görüşdür.

Birinci görüşün yekununda Con Kerri İranın nüvə proqramı üzrə razılaşmanın 2015-ci ilin mart ayınadək əldə olunacağını israr edirdi.

Öz növbəsində İranın XİN rəhbəri Cavad Zərif bu yaxınlarda aparılan danışıqlar zamanı Tehran və İranın nüvə proqramı üzrə "altılıq" ölkələri arasında sazişin imzalanması üçün təməlin qoyulduğunu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi