Münxendə atışma olub, 2 nəfər ölüb

Münxendə atışma olub, 2 nəfər ölüb Bakı. 21 fevral. REPORT.AZ/ Almaniyanın Münxen şəhərində törədilən silahlı hücum nəticəsində 2 nəfər ölüb.
Digər ölkələr
21 Fevral , 2019 14:50
Münxendə atışma olub, 2 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 21 fevral. REPORT.AZ/ Almaniyanın Münxen şəhərində törədilən silahlı hücum nəticəsində 2 nəfər ölüb.

“Report” “AP”yə istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, inşaat meydançasında baş verən hadisə zamanı naməlum şəxs əvvəl başqasına, sonra da özünə atəş açıb. Onların hər ikisi ölüb.

Yerli polis sözçüsü Sven Müller “Reuters”ə hadisədə hər hansı terrorçuluq əlamətinin aşkarlanmadığını qeyd edib.

Vəziyyətin nəzarət altında olduğunu açıqlayan polis bununla belə, sakinlərə həmin yerdən uzaq durmağı tövsiyə edib. 

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi