Münxen aeroportunda bir sərnişinə görə 330-a yaxın reys təxirə salınıb

Münxen aeroportunda bir sərnişinə görə 330-a yaxın reys təxirə salınıb Bakı. 29 iyul. REPORT.AZ/ Münxen aeroportunda bir sərnişinə görə terminallardan biri bağlanıb, nəticədə 330-a yaxın reys təxirə salınıb.
Digər ölkələr
29 İyul , 2018 20:02
Münxen aeroportunda bir sərnişinə görə 330-a yaxın reys təxirə salınıb

Bakı. 29 iyul. REPORT.AZ/ Münxen aeroportunda bir sərnişinə görə terminallardan biri bağlanıb, nəticədə 330-a yaxın reys təxirə salınıb.

“Report” xarici KİV-lərə istinadla xəbər verir ki, sərnişinlərdən biri lazımi yoxlamadan keçməyərək təhlükəsizlik zonasına daxil olub. Təhlükəsizlik xidməti buna reaksiya verməyib.

Cənubi Bavariyanın aviasiya qurumu bu barədə məlumat əldə edən kimi polis çağırıb, terminal boşaldılıb və yeddi saat bağlı qalıb. Bu hadisəyə görə təxminən 700 sərnişin aeroportda gecələyib.

Son xəbərlər

Orphus sistemi