​Münhendə silahlı insident törətmiş şəxsin dostu həbs edilib

​Münhendə silahlı insident törətmiş şəxsin dostu həbs edilib O, qanlı hadisənin baş verəcəyini əvvəlcədən bilib, lakin bu haqda polisə məlumat verməyib
Digər ölkələr
25 İyul , 2016 01:05
​Münhendə silahlı insident törətmiş şəxsin dostu həbs edilib

Bakı. 25 iyul. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində bir neçə gün əvvəl baş vermiş silahlı insidentlə əlaqədar 16 yaşlı şəxs həbs edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Həbs olunmuş şəxs ticarət mərkəzində insanları güllələmiş cinayətkarın dostudur. Hüquq-mühafizə orqanları hesab edir ki, o, silahlı insidentin baş verəcəyini əvvəlcədən bilirmiş. Lakin bu haqda polisə məlumat verməyib.

Adı açıqlanmayan 16 yaşlı şəxs həmçinin "facebook" sosial şəbəkəsindəki hesabında dostlarını atışmanın baş verəcəyi ticarət mərkəzinə dəvət edib.

Xatırladaq ki, iyulun 22-də Münhendəki ticarət mərkəzlərinin birində, 18 yaşlı, İran mənşəli Almaniya vətəndaşı ətrafındakı şəxslərə atəş açıb. Nəticədə 10 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Silahlı şəxs bundan sonra özünü güllələyib.

Son xəbərlər

Orphus sistemi