Yuxarı
    Bağlamaq

    Ukrayna XİN başçısı: "Normand dördlüyü" martın əvvəlində bir araya gələcək" - YENİLƏNİB

    Görüş yeri kimi Paris nəzərdə tutulub

    Bakı. 13 fevral. REPORT.AZ/ "Normand dördlüyü"nün Münhendə baş tutan bugünkü görüşü ilkin xarakter daşıyıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Pavel Klimkin nazirlər səviyyəsindəki görüşün yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.

    "Görüş ilkin xarakterli idi. Tam formatlı görüşün mart ayının əvvəllərində keçirilməsi planlaşdırılır", - deyə Ukrayna XİN başçısı bildirib. O, görüş yeri kimi Paris şəhərinin nəzərdə tutulduğunu təsdiqləyib.

    ***12:06

    Münhendə nazirlər səviyyəsində "Normand dördlüyü"nün (Rusiya, Ukrayna, Almaniya, Fransa) Ukrayna məsələsi üzrə görüşü keçirilir.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Almaniyanı XİN başçısı Frank-Valter Ştaynmayer, Ukraynanı xarici işlər naziri Pavel Klimkin təmsil edir. Fransa isə ötən həftə xarici işlər naziri Loran Fabiusun istefası ilə bağlı XİN-in siyasi direktoru Nikolya de Rivyerlə təmsil olunur.

    Görüş iştirakçıları Minsk razılaşmalarının həyata keçirilməsi üzrə növbəti addımları müzakirə edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi