Bakı. 13 iyun. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində elektrik qatarı stansiyalarının birində atışma olub.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.
Qadın polis əməkdaşı ağır, digər 4 nəfər isə yüngül yaralıdır.
Stansiyada artıq evakuasiya həyata keçirilib. Polis vəziyyətin nəzarət altında olduğunu bildirib.
Məlumata görə, insident qatarda sənədlərin yoxlanması zamanı baş verib.