Yuxarı

Münhendə baş verən hücum nəticəsində 5 nəfər yaralanıb, onlardan 1-i ölüb

Hücum edən şəxsin motivləri barədə məlumat yoxdur

Bakı. 10 may. REPORT.AZ/ Almaniyada Münhen rayonunda yerləşən Qrafinq şəhərində bıçaqlı şəxsin dəmiryol stansiyasında sərnişinlərə hücumu nəticəsində 1 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli radiostansiya beş nəfərin yaralandığını, onlardan birinin xəstəxanada öldüyünü bildirib.

Şübhəli şəxs saxlanılıb, onun şəxsiyyəti müəyyənləşdirilir. Yerli KİV-in məlumatına görə, şübhəli şəxs, çox güman, miqrantdır. Hücum edən şəxsin motivləri barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi