Yuxarı

Münhen yaxınlığında insanlara hücum edən şəxs ruhi xəstə olub

Cinayət yerində həmçinin narkotik izləri tapılıb

Bakı. 10 may. REPORT.AZ/ Münhen yaxınlığındakı dəmiryol stansiyasında bıçaqla sərnişinlərə hücum edən şəxsin ruhi xəstə olduğu və narkotik aludəçisi olduğu müəyyənləşib.

"Report" "Süddeutsche Zeitung" nəşrinə istinadən xəbər verir ki, Bavariyanın daxili işlər naziri Yoahim Herrmann ilkin istintaqın belə bir nəticəyə gəldiyini məlumat verib.

Onun sözlərinə görə, cinayət yerində həmçinin narkotik izləri tapılıb.

Nəşrin yazdığına görə, cinayəti törətdikdən az sonra saxlanılan həmin şəxs günahını etiraf edib. İstintaqın məlumatına görə, onun 27 yaşı var və Almaniya vətəndaşıdır.

Y.Herrmannın sözlərinə görə, müstəntiqlər hələ hücumun ekstremizmlə bağlılığına dair heç nə aşkarlamayıb.

Qeyd edək ki, bu gün səhər Münhendən 30 km aralıda yerləşən Qrafinq şəhərindəki dəmiryol stansiyasında bıçaqla sərnişinlərə hücum nəticəsində 5 nəfər yaralanmış, yaralılardan biri xəstəxanada keçinmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi