Mumbayda yaşayış evi uçub, 30 nəfərdən çox insan dağıntılar altında qalıb

Mumbayda yaşayış evi uçub, 30 nəfərdən çox insan dağıntılar altında qalıb Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub
Digər ölkələr
25 İyul , 2017 11:08
Mumbayda yaşayış evi uçub, 30 nəfərdən çox insan dağıntılar altında qalıb

Bakı. 25 iyul. REPORT.AZ / Mumbayda yaşayış evi uçub, dağıntılar altında 30 nəfərdən çox insanın olduğu güman edilir. Bu barədə "Report" ANI agentliyinə istinadən məlumat verir.

Hadisə bu gün səhər saatlarında Mumbayın şimal-şərqindəki Qhatkopar rayonunda baş verib. Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub, dağıntılar altından 9 nəfəri çıxarmaq mümkün olub, lakin 30 nəfərdən çox insanın qaldığı güman edilir.

Hadisənin səbəbləri hələlik məlum deyil. Lakin Hindistanda yaşayış binalarının uçması keyfiyyətsiz tikinti materiallarının istifadəsi və təhlükəsizlik normalarına riayət edilməməsi səbəbindən tez-tez baş verir.

Son xəbərlər

Orphus sistemi