Mumbayda xəstəxanada baş verən yanğında ölənlərin sayı artıb - YENİLƏNİB

Mumbayda xəstəxanada baş verən yanğında ölənlərin sayı artıb - YENİLƏNİB Xilasedicilər və yanğınsöndürənlər yanan klinikadan ümumilikdə 76 xəstəni, o cümlədən süni nəfəs aparatına qoşulmuş 7 nəfəri evakuasiya edib
Digər ölkələr
26 Mart , 2021 22:40
Mumbayda xəstəxanada baş verən yanğında ölənlərin sayı artıb - YENİLƏNİB

Hindistanın Mumbay meqapolisində yerləşən koronavirusa yoluxanlar üçün xəstəxanada cümə axşamı baş vermiş yanğın zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər hakimiyyəti bildirib.

"Yanğınsöndürənlər insanların xilas olunması istiqamətində böyük iş gördülər. Ancaq onlardan bəziləri, hansılar ki, süni nəfəs aparatında idi, onların həyatını xilas etmək mümkün olmadı. Onların ailələrindən üzr istəyirəm", - Maxaraştra ştatının baş naziri Uddxav Tekkerey fəlakət yerinə baş çəkdikdən sonra India TV telekanalının efirində deyib.

Daha əvvəl bildirilib ki, xilasedicilər və yanğınsöndürənlər yanan klinikadan ümumilikdə 76 xəstəni, o cümlədən süni nəfəs aparatına qoşulmuş 7 nəfəri evakuasiya edib. Onların hamısı başqa xəstəxanaya yerləşdirilib.

Koronavirusa yoluxanlar üçün xəstəxana ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşirdi. Yanğın isə mərkəzin birinci mərtəbəsindən başlayıb.

13:25

Hindistanın Mumbay meqapolisində yerləşən koronavirusa yoluxanlar üçün xəstəxanada cümə axşamı baş vermiş yanğında ölənlərin sayı 6-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə cümə günü “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Xilasedicilər və yanğınsöndürənlər yanan klinikadan ümumilikdə 76 xəstəni, o cümlədən süni nəfəs aparatına qoşulmuş 7 nəfəri evakuasiya edib. Onların hamısı başqa xəstəxanaya yerləşdirilib.

Koronavirusa yoluxanlar üçün xəstəxana ticarət mərkəzinin üçüncü mərtəbəsində yerləşirdi. Yanğın isə mərkəzin birinci mərtəbəsindən başlayıb.

Hələlik yanğının səbəbi müəyyən edilməyib, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi