Mumbayda mağaza yanıb, 12 nəfər ölüb

Mumbayda mağaza yanıb, 12 nəfər ölüb Bakı. 18 dekabr. REPORT.AZ/ Hindistanın Mumbay şəhərində mağazanın yanması nəticəsində azı 12 nəfər ölüb.
Digər ölkələr
18 Dekabr , 2017 10:37
Mumbayda mağaza yanıb, 12 nəfər ölüb

Bakı. 18 dekabr. REPORT.AZ/ Hindistanın Mumbay şəhərində mağazanın yanması nəticəsində azı 12 nəfər ölüb.

"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti - mağaza işçiləri ağır yanıq xəsarətləri aldıqlarına və boğulduqlarına görə dünyasını dəyişib.

İlkin istintaq yanğının elektrik naqilində qısaqapanma nəticəsində baş verdiyini və qısa zamanda mebel, kağız, xammal və qida məhsulları satılan mağazada yayıldığını müəyyənləşdirib.

Qeyd olunur ki, yanğın zamanı işçilər mağaza binasında yatıblar, onlar binanı tərk etməyə imkan tapmayıblar.

Yanğın zamanı mağazada 10-15 nəfər olub, dağıntılar altında meyit qaldığı ehtimalı da mövcuddur.

Son xəbərlər

Orphus sistemi