​Mühərriki dayanan Çexiya təyyarəsi Niderlanda enib

​Mühərriki dayanan Çexiya təyyarəsi Niderlanda enib Məcburi eniş uğurlu alınıb
Digər ölkələr
2 Noyabr , 2015 08:31
​Mühərriki dayanan Çexiya təyyarəsi Niderlanda enib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Czech Airlines" aviaşirkətinə məxsus "Airbus A319" təyyarəsi sağ mühərrikinin imtina etməsi səbəbindən Amsterdam hava limanına geri qayıtmaq məcburiyyətində qalıb.

"Report" "AirLive"a istinadən xəbər verir ki, məcburi eniş uğurlu alınıb.

"OK619" reysi Çexiyanın paytaxtı Praqa istiqamətində hərəkətdə olub.

Qeyd olunur ki, hava gəmisi gurultu ilə eniş edib. Hazırda qəzalı təyyarənin endiyi uçuş-eniş zolağı bağlanıb.

Son xəbərlər

Orphus sistemi