Mühafizəçilər əlində bıçaq İvanka Trampla görüşməyə çalışan şəxsi saxlayıb

Mühafizəçilər əlində bıçaq İvanka Trampla görüşməyə çalışan şəxsi saxlayıb O, psixiatrik ekspertizaya göndərilib
Digər ölkələr
7 İyul , 2017 17:32
Mühafizəçilər əlində bıçaq İvanka Trampla görüşməyə çalışan şəxsi saxlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ Nyu-Yorkda "Trump Tower"in təhlükəsizlik xidməti əlində bıçaq ABŞ prezidentinin qızı İvanka Tramp ilə görüşməyə çalışan şəxsi saxlayıb. 

Bu barədə "Report" "The Hill"ə istinadən xəbər verir.

Saxlanılan kişi silahını köynəyinin altında gizlədib. O, göydələnə daxil olan zaman özünü mühjafizəçilərə senator kimi təqdim edib və İvanka ilə geyim xətti barədə söhbət etmək istədiyini söyləyib. Amma axtarış zamanı onun üzərindən bir neçə metal bıçaq və saxta sənəd aşkarlanıb.

O, psixiatrik ekspertizaya göndərilib. Eyni zamanda, saxlanılan şəxsə qarşı qanunsuz silah saxlamaq və hüquq-mühafizə xidməti orqanarını aldatmaqla bağlı ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi