Müəmmar Qəddafinin oğlu azadlığa buraxılıb

Müəmmar Qəddafinin oğlu azadlığa buraxılıb Seyf əl-İslam Qəddafi ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb
Digər ölkələr
11 İyun , 2017 01:18
Müəmmar Qəddafinin oğlu azadlığa buraxılıb
Courtesy İmage

Bakı. 11 iyun. REPORT.AZ/ Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi azadlığa buraxılıb.

"Report"un məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, o, ölkənin qərbində cəza çəkdiyi həbsxanadan azad edilib. Seyf əl-İslam Qəddafi ümumi amnistiya çərçivəsində azadlığa buraxılıb.

O, həbsxananı tərk etdikdən sonra ölkənin şərqindəki Əl-Bayd şəhərinə gəlib.

Liviyanın keçmiş liderinin oğlu 2011-ci ildə həbs edilmişdi.

Son xəbərlər

Orphus sistemi