​Müdafiə Nazirliyi: Rusiya və Türkiyə arasındakı hərbi əməkdaşlığa son qoyulub

​Müdafiə Nazirliyi: Rusiya və Türkiyə arasındakı hərbi əməkdaşlığa son qoyulub İqor Konaşenkov: "Rusiya Hərbi Dəniz Donanmasının Türkiyədəki nümayəndəsi də geri çağırılıb"
Digər ölkələr
26 Noyabr , 2015 20:43
​Müdafiə Nazirliyi: Rusiya və Türkiyə arasındakı hərbi əməkdaşlığa son qoyulub

Bakı. 26 noyabr. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi və Türkiyə Hərbi Qüvvələri arasında mövcud olan bütün əlaqələr kəsilib. Həmçinin, Türkiyə Qara Dəniz Donanması və Hərbi Dəniz Qüvvələrinin koordinasiyası məqsədilə Türkiyədə olan Rusiya Hərbi Dəniz Donanmasının nümayəndəsi də geri çağırılıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

Qeyd edək ki, noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi