Müdafiə naziri: "Türkiyə qonşu İraqda yaşanan proseslərə biganə qala bilməz"

Müdafiə naziri: "Türkiyə qonşu İraqda yaşanan proseslərə biganə qala bilməz" Nurəddin Canikli: "İraqın şimalındakı referendum ölkə Konstitusiyasına zidd olduğundan qanunsuzdur"
Digər ölkələr
28 Sentyabr , 2017 11:52
Müdafiə naziri: Türkiyə qonşu İraqda yaşanan proseslərə biganə qala bilməz

Bakı. 28 sentyabr. REPORT.AZ/ "İraqın şimalındakı "referendum" ölkə konstitusiyasına zidd olduğundan qanunsuzdur və nəticələri qəbul oluna bilməz".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Onun sözlərinə görə, İraq Kürdüstanında keçirilən "referendum" regionda heç vaxt müharibənin başa çatmayacağı deməkdir və onun yaratdığı gərginlik yalnız regionda deyil, dünyanın digər hissələrində də hiss olunacaq: "Türkiyənin İraqla 300 km-dən çox ümumi sərhədi var və biz orada baş verən proseslərə biganə qala bilmərik. Hadisələri yaxından izləyirik".

N.Canikli qeyd edib ki, İraqda yaşayan kürdlər tarixən İraq türkmənlərinə məxsus olmuş torpaqları da öz ərazilərinə qatmaq istəyirlər: "Xüsusilə Kərkükdə etnik təmizləmə gedir. 2003-cü ildən türkmənlər oradan qovulur. Bu yolverilməzdir".

Müdafiə nazirinin sözlərinə görə, "referendum"dan sonra bölgədə PKK terrorçuları fəallaşıblar. Nazir qeyd edib ki, Türkiyənin bu məsələ ilə bağlı bütün planları masa üzərindədir və hazırda müzakirə olunur. 

Son xəbərlər

Orphus sistemi