Müdafiə naziri: "Böyük Britaniya şübhəli Rusiya mülkiyyətinə həbs qoyacaq"

Müdafiə naziri: "Böyük Britaniya şübhəli Rusiya mülkiyyətinə həbs qoyacaq" Bakı. 26 mart. REPORT.AZ/ Böyük Britaniya hökuməti artıq Skripal işi ilə əlaqədar şübhəli Rusiya mülkiyyətinə həbs qoyulması barədə order verib.
Digər ölkələr
26 Mart , 2018 17:37
Müdafiə naziri: Böyük Britaniya şübhəli Rusiya mülkiyyətinə həbs qoyacaq

Bakı. 26 mart. REPORT.AZ/ Böyük Britaniya hökuməti artıq "Skripal işi" ilə əlaqədar şübhəli Rusiya mülkiyyətinə həbs qoyulması barədə order verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Gevin Uilyamson Tallində mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyada bu yaxınlarda qüvvəyə minən yeni qanuna əsasən, bütün şübhəli mülklərə həbs qoyulacaq: "Məqsədimiz aydın olmayan şəkildə əldə edilmiş mülklərin siyahıya alınmasıdır və bunun üçün bütün zəruri addımlar atılır."

Nazir Londonun Rusiyaya qarşı növbəti addımları barədə şərh verməkdən imtina edib.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun atasını görmək üçün Moskvadan gələn qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar nazir sinir iflicedici maddədən zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyaya koma vəziyyətində gətiriliblər. İnsident nəticəsində ümumilikdə 21 nəfər, o cümlədən hadisə yerinə ilk gələn polis məmuru Nik Beyli xəsarət alıb.

Böyük Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi