Müdafiə Komitəsi: Rusiya təyyarəsində terror aktı versiyası istisna edilir

Müdafiə Komitəsi: Rusiya təyyarəsində terror aktı versiyası istisna edilir "Buna ya texniki nasazlıq, ya da pilotun səhvi səbəb ola bilər"
Digər ölkələr
25 Dekabr , 2016 10:57
Müdafiə Komitəsi: Rusiya təyyarəsində terror aktı versiyası istisna edilir

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" tipli təyyarənin qəzaya uğramasına ya texniki nasazlıq, ya da pilotun səhvi səbəb ola bilər, terror aktı istisna edilir.

"Report" xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov bildirib.

"Mən terror fərziyyəsini tamamilə istisna edirəm. Müdafiə Nazirliyinin təyyarəsi, Rusiyanın hava məkanı, burada belə fərziyyə ola bilməz", - deyə Ozerov qeyd edib.

Onun fikrincə, baş verən hadisə ilə bağlı iki fərziyyə var – ya təyyarənin texniki nasazlığı, ya da pilotun səhvi.

"Təyyarə havaya qalxdıqdan sonra dəniz üzərində dönmə əməliyyatı etməli idi, ola bilsin ki, lazımi trayektoriyaya çıxa bilməyib", — deyə senator əlavə edib.

Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin gövdəsinin qalıqları Soçi şəhərinin Qara dəniz sahillərindən 1,5 km. aralıda, dənizin 50-70 metr dərinliyində aşkar edilib.

Son xəbərlər

Orphus sistemi