​MSK: Prezident seçkisində Aleksandr Lukaşenko qalib gəlib

​MSK: Prezident seçkisində Aleksandr Lukaşenko qalib gəlib Seçicilərin 6,04 faizi namizədlərin hamısının əleyhinə səs verib
Digər ölkələr
12 Oktyabr , 2015 09:27
​MSK: Prezident seçkisində Aleksandr Lukaşenko qalib gəlib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ötən gün Belarusda keçirilən prezident seçkisində ölkənin fəaliyyətdə olan dövlət başçısı Aleksandr Lukaşenko 83,49 faiz səs toplayaraq yenidən bu postda qalıb.

"Report" "Belta" Agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina jurnalistlərə bildirib.

Onun sözlərinə görə, prezidentliyə digər namizədlər - Tatyana Korotkeviç 4,42 faiz, Sergey Qaydukoviç 3,32 faiz, Nikolay Ulaxoviç 1,67 faiz səs toplayıblar.

Seçicilərin 6,04 faizi namizədlərin hamısının əleyhinə səs verib.

Son xəbərlər

Orphus sistemi