Yuxarı

Mozambikdə yük qatarı relsdən çıxıb, 17 nəfər həlak olub

Mozambique Ports and Railways şirkətinə məxsus qatar Zimbabveyə yük aparırdı

Bakı. 20 fevral. REPORT.AZ/ Mozambikin paytaxtı Maputu şəhərində kömür daşıyan yük qatarı relsdən çıxıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İlkin məlumatlara görə, 17 nəfər həlak olub. 

Hadisə yerli vaxtla gecə saat 2:00 radələrində baş verib. "Mozambique Ports and Railways" şirkətinə məxsus qatar Zimbabveyə gedirdi. Yükdən başqa qatarda bir neçə sərnişin də olub, onların sayı açıqlanmır. 

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi