Mozambikdə son bir ayda 4 minə yaxın insan qaçqın vəziyyətinə düşüb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ölkə rəsmilərinə istinadən məlumat yayıb.
Ölkənin şimalındakı Nyasa əyalətində silahlı qruplaşmaların həyata keçirdikləri zorakılıq səbəbindən evlərini tərk edən insanların sayı artır.
Qeyd edək ki, Nyasa "Ənsar əs-Sünnə" qruplaşmasının nəzarət etdiyi Mərkəzi Afrika əyaləti Kabu Delqado ilə həmsərhəddir.