Mozambikdə 5,8 bal gücündə zəlzələ olub

Mozambikdə 5,8 bal gücündə zəlzələ olub Tələfat və dağıntı barəsində məlumat verilmir​
Digər ölkələr
24 İyun , 2017 08:03
Mozambikdə 5,8 bal gücündə zəlzələ olub

Bakı. 24 iyun. REPORT.AZ/ Mozambikdə 5,8 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:37-də qeydə alınıb. Zəlzələnin episentri Dondo yaşayış məntəqəsindən 38 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı barəsində məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi