Mövlud Çavuşoğlu Krım tatarlarının hüquqlarının müdafiəsini Türkiyənin prioritetlərindən biri adlandırıb

Mövlud Çavuşoğlu Krım tatarlarının hüquqlarının müdafiəsini Türkiyənin prioritetlərindən biri adlandırıb Türkiyənin xarici işlər naziri: "Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"
Digər ölkələr
10 Fevral , 2017 15:21
Mövlud Çavuşoğlu Krım tatarlarının hüquqlarının müdafiəsini Türkiyənin prioritetlərindən biri adlandırıb

Bakı. 10 fevral. REPORT.AZ/ "Krım tatarlarının hüquqlarının müdafiəsi məsələsi Türkiyənin prioritetlərindən biridir."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfəri zamanı bildirib.

"Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Krım tatarları, onların hüquqlarının qorunması, onların təcavüzündən müdafiəsi prioritetlərimiz sırasındadır. Bu məsələdə Krım tatarlarının nümayəndələri ilə sıx əlaqələri davam etdiririk və bunu beynəlxalq arenaya çıxaracağıq" - M.Çavuşoğlu mətbuat konfransında vurğulayıb.

Son xəbərlər

Orphus sistemi