Mosulun qərbində İŞİD-in minalanmış avtomobili məhv edilib - VİDEO

Mosulun qərbində İŞİD-in minalanmış avtomobili məhv edilib - VİDEO Minalanmış avtomobilin məhv edilməsi görüntüsü "YouTube"-a yerləşdirilib
Digər ölkələr
27 Dekabr , 2016 02:48
Mosulun qərbində İŞİD-in minalanmış avtomobili məhv edilib - VİDEO

Bakı. 27 dekabr. REPORT.AZ/ İŞİD terror qruplaşmasının minalanmış avtomobili İraqın Mosul şəhərinin qərbində hərbçilərə hücum zamanı partladılaraq məhv edilib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, minalanmış avtomobilin məhv edilməsi görüntüsü "YouTube"a yerləşdirilib.

Videogörüntüdə avtomobilin sulu xəndəyə düşdüyü və bu zaman İraq hərbçiləri tərəfindən partladıldığı əks olunur. Partlayış zamanı neçə İŞİD silahlısının məv edilməsi barədə hər hansı məlumat yoxdur

Qeyd edək ki, Mosul şəhəri 2 ildən çoxdur İŞİD-in nəzarəti altındadır. Şəhərin terrorçulardan azad edilməsi məqsədilə quru əməliyyatı oktyabrın 17-də başlayıb.

Əməliyyatda İraq ordusu və könüllülər iştirak edir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İraq hərbçilərinə havadan dəstək verir və terrorçuların mövqelərinə artilleriya zərbələri endirirlər.

Hazırda şəhərə hücum edən hərbçilərin sayı 100 min nəfərdən çoxdur. ABŞ kəşfiyyatının məlumatına görə, Mosulda onlara 5 minə yaxın silahlı müqavimət göstərir. 

Son xəbərlər

Orphus sistemi