Yuxarı

Mosulda İŞİD liderinə qarşı "üsyan" olub

Əl-Bağdadi Suriyanın Rakka şəhərinə qaçıb, həyat yoldaşı isə Mosulda üsyançı polis tərəfindən həbs olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Mosuldakı "İslam polisi" terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadiyə qarşı "üsyan" edib"

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "As-Sumariyya" telekanalı məlumat yayıb.

İraqın Naynava əyələtindən verilən məlumata görə, "İŞİD liderinə qarşı çevriliş"in başında Mosul sakini Əbu Osman durur.

Mosul hazırda xaotik vəziyyətdədir və terrorçular arasında döyüş hallarına rast gəlinir. "Üsyançılar" Mosulda əl-Bağdadi hakimiyyətinin başa çatdığını bəyan ediblər.

Xəbərdə bildirilib ki, Mosulla bağlı əməliyyatlar başlayandan sonra əl-Bağdadi Suriyanın Rakka şəhərinə qaçıb, həyat yoldaşı isə Mosulda "üsyançı polis" tərəfindən həbs olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi