Bakı. 11 iyun. REPORT.AZ/ İraqın Mosul şəhərində koalisya qüvvələrinin İŞİD-in mövqelərini bombalaması nəticəsində yüzdən çox terrorçu ölüb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Silahlı Qüvvələrin Mosuldakı komandanı general Nəc əl-Cuburi bildirib. Onun sözlərinə görə, koalisya qüvvələrinə məxsus "A-10 Warthog" qırıcıları terrorçuların Naynava əyalətinin Telafər şəhərindən Sincara hərəkət edən karvanını bombalayıb.
Genaral onu da bildirib ki, hava zərbələrinin hədəfində Mosulun qərbindəki İŞİD silahlılarının mövqeyi olub.