Mosulda İŞİD-in baş snayperi öldürülüb

Mosulda İŞİD-in baş snayperi öldürülüb Məhv edilmiş döyüşçü terror təşkilatı üçün snayperlər hazırlayırmış
Digər ölkələr
18 Aprel , 2017 23:48
Mosulda İŞİD-in baş snayperi öldürülüb
Foto: wallpapersafari.com

Bakı. 18 aprel. REPORT.AZ/ İraq federal polisi İŞİD terror qruplaşmasının baş snayperinin öldürüldüyünü xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda onun Rusiya əsilli olduğu qeyd olunur. Məhv edilmiş döyüşçü terror təşkilatı üçün snayperlər hazırlayırmış.

Xatırladaq ki, bundan əvvəl İraq hərbçiləri İŞİD-in Əbu Hədcir ər-Rusi ləqəbli əsas snayperlərindən birini zərərsizləşdirdiklərini bildirmişdilər. Onlar snayperin hansı ölkənin vətəndaşı olduğunu açıqlamamışdılar. Lakin həmin şəxsin Rusiya əsilli olduğu qeyd edilirdi.

Hər iki terrorçu hökumət qüvvələrinin Mosulun qərb yaşayış məntəqəsinin azad edilməsi əməliyyatı zamanı məhv edilib.    

Son xəbərlər

Orphus sistemi