​Mosulda İŞİD 300 nəfəri edam edib

​Mosulda İŞİD 300 nəfəri edam edib Qətlə yetirilənlərin çoxu keçmiş hərbçi və polis olub
Digər ölkələr
8 Fevral , 2016 12:01
​Mosulda İŞİD 300 nəfəri edam edib

Bakı. 8 fevral. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşması İraqın şimalında yerləşən Mosul şəhərinin 300 sakinini qətlə yetirib.

"Report" "Al-Arabia"ya istinadən xəbər verir ki, bunu "milli qurtuluşçu"ların təmsilçisi Mahmud əs-Surci bildirib.

"İŞİD dəstələri Mosulun mərkəzində yeni qətliam törədərək 300 nəfəri edam ediblər", - deyə o vurğulayıb.

Əsil ən-Nuceyfin başçılıq etdiyi "Milli Qurtuluş" hərbi birləşməsinin təmsilçisi əlavə edib ki, qətlə yetirilənlərin çoxu keçmiş hərbçi və polis olub. 

Son xəbərlər

Orphus sistemi