Mosulda əlcəzairli qadın jurnalist başından yaralanıb

Mosulda əlcəzairli qadın jurnalist başından yaralanıb O, terrorçulara qarşı döyüş əməliyyatlarının gedişatını işıqlandırırmış
Digər ölkələr
14 Fevral , 2017 03:19
Mosulda əlcəzairli qadın jurnalist başından yaralanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Əlcəzairin "Şuruk" mediaholdinqinin qadın jurnalisti Samira Mouaki bazar ertəsi İraqın Mosul şəhərində başından ağır yara alıb.

"Report" xəbər verir ki, bu barədə şiə xalq könüllülərinin KİV üzrə idarəsi məlumat yayıb.

Könüllülərin sözlərinə görə, gənc qız cəbhə xəttində radikallara qarşı hərbi əməliyyatların gedişatını işıqlandırarkən İŞİD snayperçisi tərəfindən vurulub. Jurnalist insidentdən sonra bir neçə saat ərzində vertolyotla Bağdada çatdırılıb.

Son xəbərlər

Orphus sistemi