​Mosulda bir jurnalist həyatını itirib, ikisi yaralanıb

​Mosulda bir jurnalist həyatını itirib, ikisi yaralanıb "Əl-Qadir": "Əməkdaşımız Mosuldakı antiterror əməliyyatını işıqlandırarkən öldürülən ilk jurnalistdir"
Digər ölkələr
14 İyul , 2016 03:44
​Mosulda bir jurnalist həyatını itirib, ikisi yaralanıb

Bakı. 14 iyul. REPORT.AZ/İraqın şimalında Mosuldan cənubda İŞİD-ə qarşı gedən döyüş nəticəsində "Əl-Qadir" peyk telekanalının operatoru Əli Mahmud həyatını itirib, onun "Al-İrakiyyə" TV-dən olan həmkarları Əli Cavad və Əli Möhsün yaralanıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

"Əl-Qadir" qeyd edib ki, əməkdaşı Əli Mahmud Mosuldakı antiterror əməliyyatını işıqlandırarkən öldürülən ilk jurnalistdir.

Qeyd edək ki, Mosul 2014-cü il iyunun 10-da döyüşsüz İŞİD-in nəzarəti altına keçib. Şəhərin 500 mindən çox əhalisi var. İŞİD bu şəhəri İraqın paytaxtı sayır.

Son xəbərlər

Orphus sistemi