Yuxarı
    Bağlamaq

    Mosulda 200-ə yaxın İŞİD terrorçusu öldürülüb

    Şəhərin Əs-Sukar məhəlləsi azad edilib

    Bakı. 11 yanvar. REPORT.AZ/ İraqın Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsi üzrə aparılan əməliyyat zamanı 193 təşkilat yaraqlısı öldürülüb.

    "Report" "Anadolu"ya istinadən xəbər verir ki, əməliyyatda iştirak edən komandir Əbdüləmir Yarallah açıqlamasında şəhərin şərq hissəsində yerləşən Əs-Sukar məhəlləsinin azad edildiyini bildirib.

    Onun sözlərinə görə, şəhərin cənubundakı Əd-Dubbat məhəlləsi ilə şimalındakı "7 Aprel" məhəlləsinin bir qismində də nəzarət bərpa edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi