​Moskvada silsilə terror aktları törətməyi planlaşdıran qrup üzvləri həbs edilib

​Moskvada silsilə terror aktları törətməyi planlaşdıran qrup üzvləri həbs edilib Qrup üzvlərindən külli miqdarda silah, partlayıcı maddə götürülüb
Digər ölkələr
5 May , 2016 01:01
​Moskvada silsilə terror aktları törətməyi planlaşdıran qrup üzvləri həbs edilib

Bakı. 5 May. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxt Moskvada terror aktları həyata keçirməyə çalışan bir qrup xarici ölkə vətəndaşı saxlanılıb. "Report" xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, saxlanılanlar Suriya və Türkiyə ərazilərində fəaliyyət göstərən terror təşkilatlarının başçılarının tapşırıqları əsasında may bayramlarında Moskva regionunda silsiləli terror aktları həyata keçirməyi planlaşdırmış Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.

"Qrup üzvlərindən külli miqdarda silah, partlayıcı maddə götürülüb. Fakt üzrə başlanmış cinayət işi çərçivəsində lazımlı istintaq hərəkətləri aparılır", - deyə Federal Təhlükəsizlik Xidmətindən "TASS" agentliyinə bildiriblər. 

Son xəbərlər

Orphus sistemi