Moskvada naməlum şəxs 3 polis əməkdaşını və 2 mülki şəxsi yaralayıb - VİDEO - YENİLƏNİB

Moskvada naməlum şəxs 3 polis əməkdaşını və 2 mülki şəxsi yaralayıb - VİDEO - YENİLƏNİB Yaralıların hamısı xəstəxanaya yerləşdirilib
Digər ölkələr
27 Dekabr , 2016 04:49
Moskvada naməlum şəxs 3 polis əməkdaşını və 2 mülki şəxsi yaralayıb - VİDEO - YENİLƏNİB

Bakı. 27 dekabr. REPORT.AZ/ Moskvanın qərbində silahlı şəxs ov tüfəngi ilə 3 polis əməkdaşını yaralayıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" DİN-in paytaxt üzrə Baş İdarəsinə istinadən xəbər verib. 

Məlumata görə, naməlum şəxs hazırda mənzillərdən birində gizlənir. O, soyğunçuluqda şübhəli bilinir.



***04:02

Moskvanın qərbində silahlı şəxs ov tüfəngi ilə 2 gənci və 2 polis əməkdaşını yaralayıb.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi paytaxtın hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, hadisə Yelninsk küçəsindəki yaşayış binasının həyətində baş verib. Onun ov tüfəndindən açdığı atəş nəticəsində 22 və 26 yaşlı gənclər xəsarət alıb. 

Hadisə yerinə gəlmiş polis əməkdaşları cinayətkarı həbs edə biliblər. Lakin bu zaman iki polis əməkdaşını da yaralayıb.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Təhqiqatçılar hadisə yerində araşdırma aparırlar.

Son xəbərlər

Orphus sistemi