Moskvada Qurban bayramına həsr olunmuş tədbirlərə 200 mindən çox müsəlman qatılıb

Moskvada Qurban bayramına həsr olunmuş tədbirlərə 200 mindən çox müsəlman qatılıb Bayram namazının qılınması üçün dindarlar Rusiya paytaxtının mərkəzi küçələrinə toplaşıblar
Digər ölkələr
1 Sentyabr , 2017 11:44
Moskvada Qurban bayramına həsr olunmuş tədbirlərə 200 mindən çox müsəlman qatılıb
Dmitry Serebryakov / AFP / Getty Images

Bakı. 1 sentyabr. REPORT.AZ/ Moskvada Qurban bayramına həsr edilmiş tədbirlərdə 200 mindən çox müsəlman iştirak edib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bayram namazının qılınması üçün dindarlar Rusiya paytaxtının mərkəzi küçələrinə toplaşıblar.

Moskva polisinin əməkdaşları Rusiya Qvardiyası ilə birgə bayrama həsr edilmiş dini ayinlərin keçirildiyi yerlərdə təhlükəsizliyi təmin ediblər.

"İctimai asayişin pozulmasına yol verilməyib", - polisdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi