Moskvada koronavirusdan daha 73 nəfər ölüb

Moskvada koronavirusdan daha 73 nəfər ölüb Rusiyanın paytaxtı Moskva şəhərində son 24 saat ərzində koronavirusa yoluxan xəstələrdən 73 nəfər ölüb.
Digər ölkələr
22 May , 2020 02:21
Moskvada koronavirusdan daha 73 nəfər ölüb

Rusiyanın paytaxtı Moskva şəhərində son 24 saat ərzində koronavirusa yoluxan xəstələrdən 73 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Moskvada koronavirusdan ölənlərin sayı 1 867 nəfərə çatıb.

Ölənlərdə, həmçinin, sətəlcəm diaqnozunun müşahidə edildiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi