Moskvada keçirilmiş icazəsiz aksiyanın 800-dən çox iştirakçısı saxlanılıb

Moskvada keçirilmiş icazəsiz aksiyanın 800-dən çox iştirakçısı saxlanılıb Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmamışdı
Digər ölkələr
27 Mart , 2017 03:02
Moskvada keçirilmiş icazəsiz aksiyanın 800-dən çox iştirakçısı saxlanılıb
Courtesy İmage

Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində keçirilmiş razılaşdırılmamış aksiyanın 800-dən çox iştirakçısı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

"Son məlumata görə, sanksiyalaşdırılmamış aksiyada saxlanılanların sayı 800-ü ötüb" – deyə mənbə bildirib.

Agentlik bu məlumatın rəsmi təsdiqini almayıb. Paytaxtın mərkəzində keçirilmiş aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmamışdı.

Bundan əvvəl isə Moskvada icazəsiz aksiya zamanı saxlanılanların sayının 500 nəfərdən çox olması haqda xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi