Moskvada dövlət xəyanətində ittiham olunan Rusiya vətəndaşı həbs olunub

Moskvada dövlət xəyanətində ittiham olunan Rusiya vətəndaşı həbs olunub Təqsirləndirilən şəxs 20 il müddətinə həbs oluna bilər
Digər ölkələr
6 Fevral , 2015 10:50
Moskvada dövlət xəyanətində ittiham olunan Rusiya vətəndaşı həbs olunub

Bakı. 6 fevral. REPORT.AZ/ Rusiya xüsusi xidmət orqanları qərb ölkələrinin birinə məxfi məlumat ötürən RF vətəndaşını həbs ediblər. "Report" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbə "İnterfaks"a bildirib. 

"Moskvada dövlət xəyanətində ittiham olunan vətəndaş Kravtsov həbs olunub. O, keçən il saxlanılıb", - agentliyin müsahibi bildirib.

O, qeyd edib ki, fiqurant ən azı 2015-ci ilin mart ayına qədər həbsdə qalacaq. 

Məlumatın hansı ölkəyə ötürüldüyü dəqiqləşdirilmir.

Moskva Lefortovo məhkəməsinin mətbuat xidmətindən dövlətə xəyanətdə təqsirləndirilən şəxsin həbs olunma faktını təsdiq edib. "Yanvarın 21-də məhkəmə tərəfindən RF Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə təqsirləndirilən Kravtsov Gennadi Nikolayeviçin həbs müddətinin 2015-ci il mart ayının 27-nə qədər uzadılması haqqında qərar qəbul edilib", - məhkəmənin mətbuat katibi Yuliya Skotnikova bildirib. İş "tam məxfi" hesab edilir, onun təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi