Moskvada Banqladeş səfirliyinin attaşesinin avtomobili qaçırılıb

Moskvada Banqladeş səfirliyinin attaşesinin avtomobili qaçırılıb Oğruların və maşınının axtarışı məqsədilə "Yaxalama" adlı əməliyyat planı tətbiq olunub
Digər ölkələr
29 Yanvar , 2017 06:28
Moskvada Banqladeş səfirliyinin attaşesinin avtomobili qaçırılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Naməlum şəxslər Moskva dairəvi avtomobil yolunun cənub-qərbində ticarət mərkəzinin dayanacağında Banqladeşin Rusiyadakı Səfirliyin attaşesinin avtomobilini qaçırıb.

"Report"un məlumatına görə, bu barədə "TASS" paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.

"Naməlum şəxslər ticarət mərkəzindəki dayanacaqda Banqladeş səfirliyinin attaşesinə məxsus "Toyota Land Cruiser" avtomobilini qaçırıblar. Moskvada oğruların və maşınının axtarışı məqsədilə "Yaxalama" adlı əməliyyat planı həyata keçirilir" - deyə mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi