Bakı. 9 iyun. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qəzaya uğrayan MiQ-29 deyil, Su-27 qırıcı təyyarəsidir.
Hadisə nəticəsində pilot həlak olub, onun cəsədi partlayan təyyarənin yaxınlığında tapılıb.
Hazırda Rusiya Müdafiə Nazirliyində yaradılmış komissiya qəza yerində araşdırma aparır.
*** 12:04
Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün səhər Moskva vilayətinin Puşkin rayonunda MiQ-29 çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Pilotların taleyi aydınlaşdırılır.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"MiQ-29 Moskva vilayəti Puşkin rayonu Muranovo kəndinin yaxınlığında qəzaya uğrayıb. İki pilotun taleyi məlum deyil. Yerdə xəsarət alan yoxdur", - fövqəladə xidmətlərdə agentlik əməkdaşı bildirib.



