​Moskva koalisiyadan İŞİD-in mövqelərini göstərməyi xahiş edib

​Moskva koalisiyadan İŞİD-in mövqelərini göstərməyi xahiş edib "Bu məlumatlar hərbi tapşırıqlar zamanı nəzərə alınacaq"
Digər ölkələr
7 Oktyabr , 2015 01:28
​Moskva koalisiyadan İŞİD-in mövqelərini göstərməyi xahiş edib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya daxil olan dövlətlərin hərbi attaşelərinə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) məxsus bazaların yerləşdiyi ərazilər haqqıda məlumat verməyi təklif edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə general-polkovnik Andrey Kartapolov məlumat verib.

"Bizim Suriyada İŞİD terrorçularının olduğu ərazilər barədə məlumatlarımız dəfələrlə yoxlanılan və dəqiqdir. Lakin anti-İŞİD koalisiyası hərbi idarələrində terrorçular barədə əlavə məlumatlar varsa, biz onların bizə təqdim edilməsini xahiş edirik", - deyə o bildirib.

O, həmçinin söz verib ki, bu məlumatlar Rusiya aviaqruplarının ölkədə hərbi tapşırıqları planlaşdırılan zaman nəzərə alınacaq.

Son xəbərlər

Orphus sistemi