Moskva aeroportunda Özbəkistan vətəndaşından 15 meymun müsadirə edilib - VİDEO

Moskva aeroportunda Özbəkistan vətəndaşından 15 meymun müsadirə edilib - VİDEO Qadın meymunları Vyetnamdan gətirirmiş
Digər ölkələr
18 Mart , 2017 04:05
Moskva aeroportunda Özbəkistan vətəndaşından 15 meymun müsadirə edilib - VİDEO

Bakı. 18 mart. REPORT.AZ/ Moskvanın "Domodedovo" hava limanında gömrük nəzarətindən keçərkən Özbəkistan vətəndaşının baqajında 15 meymun balası aşkar olunub.

"Report" xəbər verir ki, qadın heyvanları Vyetnamdan gətirirmiş.

Qadın hava limanında yüklə birgə tanışı tərəfindən qarşılanmalı olduğunu və meymunları onun üçün gətirdiyini bildirib.

Meymun balaları Moskvanın Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsi Departamentinin Vəhşi Heyvanların Saxlanılması Mərkəzinə yerləşdirilib və karantinə alınıb.

Son xəbərlər

Orphus sistemi