Moskva aeroportlarında 60-dan çox reysin uçuş cədvəlində dəyişiklik edilib

Moskva aeroportlarında 60-dan çox reysin uçuş cədvəlində dəyişiklik edilib Moskvanın Vnukova, Domodedovo və Şerementyevo hava limanlarında 60-dan çox reys təxirə salınıb və ya gecikir.
Digər ölkələr
12 yanvar 2020 04:45
Moskva aeroportlarında 60-dan çox reysin uçuş cədvəlində dəyişiklik edilib

Moskvanın Vnukova, Domodedovo və Şerementyevo hava limanlarında 60-dan çox reys təxirə salınıb və ya gecikir.

“Report” xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib.

Məlumata əsasən, Vnukova hava limanında 20 reys gecikir və 1 reys ləğv edilib.

Şerementyevoda və Domodedovoda isə ümumilikdə 28 reys gecikmə ilə həyata keçiriləcək, 3 reys ləğv edilib.

Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur.

Son xəbərlər

Orphus sistemi