Moskva aeroportlarında 30-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib

Moskva aeroportlarında 30-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir.
Digər ölkələr
7 Dekabr , 2019 02:22
Moskva aeroportlarında 30-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən hava limanlarında 30-a yaxın reys təxirə salınıb və ya gecikir.

“Report” xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib.

Məlumata əsasən, Domodedovo hava limanında dörd reys gecikir və 10 reys ləğv edilib.

Vnukova hava limanında yeddi reys gecikir və iki reys ləğv edilib.

Şerementyevoda isə ümumilikdə 3 reys gecikmə ilə həyata keçiriləcək.

Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Gecikmələrin səbəbi açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi