Qələbə paradına görə Moskva aeroportları bağlanıb

Qələbə paradına görə Moskva aeroportları bağlanıb Belə məhdudlaşdırıcı tədbirlər paradın aviasıya hissəsinin intensiv olması ilə bağlıdır
Digər ölkələr
9 May , 2015 11:59
Qələbə paradına görə Moskva aeroportları bağlanıb

Bakı. 9 may. REPORT.AZ/ Mayın 9-da Moskva aeroportları Qələbə paradı zaman təyyarə qəbul etməyəcək və göndərməyəcək. "Report" xəbər verir ki, bu barədə "TASS" müxbirinə Rosaviasiyadan bildiriblər. 

Moskva vaxtı ilə saat 10:30-dan 11-20-dək paytaxtın hava məkanı mülki aviasiya uçuşları üçün bağlı olacaq. Agentliyin məlumatına əsasən təyyarələrin yalnız 9-11 min metr hündürlükdə tranzit uçuşuna icazə var.

Belə məhdudlaşdırıcı tədbirlər 100-dən artıq müxtəlif uçuş vasitələrin iştirak edəcəyi paradın aviasıya hissəsinin intensiv olması ilə bağlıdır. "Onlar nümayiş yerinə müxtəlif aerodromlardan gələcək və onların  trayektoriyalarını mülki aviasiya dəhlizinə girmədən qurmaq mümkün deyil", - idarənin nümayəndəsi qeyd edib.  

Bütün aviaşirkətlər bu məhdudiyyətlər əvvəlcədən haqqında xəbərdar edilib. 

Son xəbərlər

Orphus sistemi