Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir

Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir Boliviyanın sabiq prezidenti Evo Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir.
Digər ölkələr
24 Dekabr , 2019 06:58
Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir

Boliviyanın sabiq prezidenti Evo Morales seçkilərin birinci turunda öz namizədinin qələbəsində əmindir.

"Report"un məlumatına görə, Boliviyanın sabiq dövlət başçısı RİA "Novosti" xəbər agentliyinə bildirib ki, prezident seçkilərinin birinci turunda partiyası "Sosializmə doğru hərəkat"dan olan namizədin qələbəsinə bel bağlayır.

"Bizim gözləntimiz odur ki, qalib gələcəyik, birinci turda qalib gələcəyik. "Sağ"ların "Sosializmə doğru hərəkat"a yaratdığı problemlərə baxmayaraq, bütün sorğularda partiyamız birinci yer tutur və bu böyük üstünlükdür", - o deyib.

"Sosializmə doğru hərəkat"ın Boliviyada yazda keçiriləcək seçkilərində namizədi partiyanın 29 dekabrda təşkil oluncaq qurultayında müəyyən ediləcək. Qurultay Boliviya ila sərhəddə - Argentinada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi