Boliviyanın ölkədən qaçmış sabiq prezidenti Vətənə qayıdacaq

Boliviyanın ölkədən qaçmış sabiq prezidenti Vətənə qayıdacaq Boliviyanın sabiq prezidenti Evo Morales noyabrın 9-da ölkəyə qayıtmağı planlaşdırır.
Digər ölkələr
815
28 Oktyabr , 2020 04:39
Boliviyanın ölkədən qaçmış sabiq prezidenti Vətənə qayıdacaq
Evo Morales

Boliviyanın sabiq prezidenti Evo Morales noyabrın 9-da ölkəyə qayıtmağı planlaşdırır.

“Report” “Telesur” telekanalına istinadən xəbər verir ki, bu barədə "Sosializm uğrunda hərəkat" partiyasının üzvü, senator Androniko Rodriqes bildirib.

"Bizim qardaşımız, sabiq prezident noyabrın 9-da (Boliviyaya-red) gələcək, (seçilmiş prezident Luis Arse) vəzifəsinin icrasına başladıqdan növbəti gün sonra, 11 noyabrda o, eyni şəkildə Koçabambaya gedəcək - tam olaraq (ölkədən bir il əvvəl) ayrıldığı gün", - o deyib.

Daha əvvəl Boliviya Məhkəməsi Moralesin saxlanılması orderini ləğv edib. Prokurorluğun sorğusuna əsasən keçmiş dövlət başçısına qarşı terrorizm ittihamı irəli sürülmüşdü. Boliviyanın müvəqqəti hökuməti dəfələrlə bəyan edib ki, Morales ölkəyə qayıtsa, dərhal həbs ediləcək. Sabiq prezident özü isə bildirib ki, nə vaxt belə imkan yaransa, ölkəyə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi